Hazırda Azərbaycanın beynəlxalq internet şəbəkəsində çoxlu sayda
internet səhifəsi vardır.Bu səhifələrin regionların, payına düşən
hissəsi demək olar ki, yox dərəcəsindədir.Dünya səviyyəsində,
gündəlik mətbuatla (qəzet, jurnal və s.) müqayisədə internet
mətbuatının ən çox oxunaqlı olduğunu və internet istifadəçilərinin
sayının sürətlə artmasını nəzərə alsaq, bu sahənin Azərbaycanda daha
da inkişaf etdirilməsinin vacib olduğunu görürük.Eyni zamanda bu
sahə, Azərbaycanın müxtəlif sahələrdə (tarix, iqtisadiyyat,
mədəniyyət, ədəbiyyat, idman və s.) təbliğində böyük rol oynaya
bilər.
Studiya olaraq məqsədimiz Azərbaycanda bu sahəni inkişaf etdirmək
və AzNetin genişlənməsi, dünya kiber - mühitində irəliləyişi,
yalnız elektron səhifə yaradılması ilə bitməyən uzunmüddətli
strateji əməkdaşlıqdır. |